Fotos
Bakı Avropa Liseyinin şagirdləri AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ekskursiya ediblər
Noy 22 , 2019 | 03:04 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2528 )

Noyabrın 22-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir.

Tədbir çərçivəsində şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər” və s. laboratoriyalarına ekskursiyaları təşkil olunub və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı əyəncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda  şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir. Müəllim və şagirdlər bu tədbirin onlarda böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.

Qeyd etmək lazımdır ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm elmin təbliği, həm də  şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.  

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.