AMEA-da yeni yaradılmış komissiyanın ilk iclası keçirilib
Noy 27 , 2019 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 1245 )

AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən yaradılmış komissiyanın ilk iclası keçirilib.

İclası komissiyanın sədri, AMEA-nın akademik-katibi Əminağa Sadıqov açaraq AMEA prezidentinin sərəncamının icrası ilə bağlı komissiyanın qarşısında duran vəzifələrdən danışıb. O, bildirib ki, komissiya tərəfindən Azərbaycan elminin və Milli Elmlər Akademiyasının gələcək inkişaf perspektivlərini nəzərə alaraq AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlanıb yaxın günlərdə AMEA-nın prezidentinə təqdim olunmalıdır. Komissiya sədri AMEA Rəyasət Heyətinin fəaliyyətinin optimallaşdırılması, aparatın strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi, dövlət proqramlarının icrasının təmin edilməsi sahəsində fəaliyyətin yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin daha geniş tətbiqi və sənədlərin icrasına nəzarətin gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını da komissiyanın qarşısında duran əsas vəzifə kimi xüsusi vurğulayıb.

İclasda eyni zamanda AMEA-da vəzifə nomenklaturasının yenidən işlənilməsi, AMEA Rəyasət Heyəti aparatına, onun struktur bölmələrinə kadrların seçimi və işə qəbulunun obyektiv meyarlar əsasında ciddi ekspertizası istiqamətində müvafiq təkliflərin hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, adıçəkilən komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, üzvləri isə Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyevdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.