Fotos
AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib
Noy 28 , 2019 | 04:03 / Mühüm hadisələr
Oxunma ( 1369 )

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 27 noyabr 2019-cu il tarixli qərarı ilə texnika elmləri doktoru Elton Arzuman oğlu Məmmədov AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi Əminağa Sadıqov açaraq yeni direktoru kollektivə təqdim edib.
Akademiyanın rəsmisi Elton Məmmədovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb və çıxış üçün sözü yeni direktora ötürüb.
Elton Məmmədov ilk öncə ona göstərilən bu yüksək etimada görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik, Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirdi və bu etimadı doğruldacağını, Texnoparkı inkişaf etdirəcəyini əminliklə qeyd edib.
Yeni direktorun çıxışından sonra AMEA Yüksək Texnologiyalar Parkının ilk rezidenti olan “AMEA Təcrübə-sənaye zavodu” MMC-nin direktoru Vasif Abbasov da çıxış edərək Elton Məmmədovu təbrik etdi və məmnuniyyətlə Texnoparkın inkişafına dəstək olacağını bildirdi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.