Elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda liderdir
Noy 28 , 2019 | 04:07 / Elmi nəşrlər
Oxunma ( 25 )

Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik bazası olan “Web of Science”ə çıxışı, həmçinin yerli alim və tədqiqatçıların fəallığı nəticəsində respublikada elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. Belə ki, 2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. 

Qeyd edək ki, “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir. 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.