Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda açıq qapı keçirilib
Dek 06 , 2019 | 02:50 / Mühüm hadisələr
Oxunma ( 1796 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda dekabrın 4-ü Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə açıq qapı keçirilib.Təşkil olunan açıq qapıda Azərbaycan Pedaqoji Universitetin Coğrafiya və Tarix-Coğrafiya fakültəsinin III, IV kurs tələbələri iştirak edib.Tələbələr İnstitutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyalar ilə tanış olublar. Akademik Məhərrəm Babayev, b.ü.f.d.Pirverdi Səmədov, a.e.ü.e.d.Məmməd Məmmədov, a.e.ü.f.d.H.Mehdiyev və institutun digər alimləri tələbələrə geniş məlumat veriblər. Daha sonra tələbələr İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər. O, gənclərə İnstitutunun tarixindən və Torpaqşünaslıq elminin əhəmiyyətindən danışıb, tələbələrə tövsiyyələr verərək onların suallarını cavablandırıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.