Kimyaçı alimlərin növbəti məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
Dek 06 , 2019 | 04:47 / Elmi nəşrlər
Oxunma ( 2070 )

Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu alimləri – kimya elmləri doktorları professor Məlahət Qurbanova, dosent Əfsun Sucayev, doktorantlar Fidan Axundova və Ələkbər Hüseynzadənin birgə müəlliliyi ilə növbəti məqaləsi impakt faktoru 1.716 olan “Wiley” nəşriyyatının “ChemistrySELECT” jurnalında (https://onlinelibrary.wiley.com/doi/full/10.1002/slct.201903190) dərc edilib.

Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalədə ilk dəfə sintez olunan fizioloji fəal maddə olan bitsiklik 1‐azafaqaminlərin yeni analoqlarının sintezi, quruluşunun spektroskopik üsulla müfəsslə tədqiqi və müxtəlif göbələklərə qarşı antibiotik təsirlərinin öyrənilməsinə həsr olunmuşdur. Hazırda bu maddələrin fermentlər üzrə inhibitor təsirləri araşdırılır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.