Dek 11 , 2019 | 09:54 / Mühüm hadisələr
Dekabrın 10-u AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi ilə İnstitutun Gənc Alim və Mütəxəssislərin əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə həsr olunmuş elmi-praktiki konfransı keçirilib. Konfrans iştirakçıları tədbir öncəsi İnstitutun kitabxanası, Torpaq Muzeyi və bəzi laboratoriyaları ilə tanış olublar. Tədbiri giriş sözü ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, a.e.d., professor Əlövsət Quliyev açıb. Sonra Aqrar elm və innovasiyalar mərkəzinin direktor müavini,b.ü.f.d.,dosent Fərman Kərimov geniş çıxış edib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri f.ü.f.d.Famin Salmanov və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev çıxış edərək konfrans iştirakçılarına tədbirdə aktiv iştirakları üçün təşəkkürlərini bildiriblər.
KTN Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri,a.e.ü.f.d.dosent, Faiq Xudayev “Aqrar sahənin inkişafında gənc alim və mütəxəssislər qarşısında duran vəzifələr” , Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası, elmi işçisi, Cavidan Quliyev “Pestisidlərdən istifadə və onların torpaqda yaratdığı fəsadlar”, Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası, elmi işçisi, Könül Əliyeva “Münbitliyin vəziyyətin qorunub saxlanması məqsədilə torpaqlarda makro və mikro elementlərin səyyar laboratoriyada analizi”, Aysel Xudayi “Abşeron yarımadasında daş karxanalarının təsiri ilə pozulmuş torpaqların deqrodasiyasına təsiri haqqında” , Üzümçülük və Şərabçılıq ETİ-nin Üzümün emalı və Şərabın texnologiyası şöbəsinin müdüri, Teymur Musayev” Beynəlxalq standartlara Əsaslanan Şərab istehsalı” ,Heyvandarlıq ETİ-nun Gənc Alimlər Şurasının sədr müavini Şəlalə Əliyeva “Heyvandarlığın intensiv inkişafında yem bazasının rolu”, Meyvəçilik və Çayçılıq ETİ-nun biotexnologiya laboratoriyası, böyük elmi işçisi Çingiz Balazadə “Meyvə bitkiləri calaqaltılarının mikroklonal üsulla çoxaldılması” , Tərəvəzçilik ETİ-nun elmi katibi Ramil Nəbiyev “Müasir Tərəvəzçilik”, Baytarlıq ETİ-nun Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri şöbəsi, kiçik elmi işçisi Məlahət Qarayeva “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, Əkinçilik ETİ-nun “Torpaq və bitki analizləri” laboratoriyasının kiçik elmi işçisi, Rəhilə İslamzadə “Dəmyə şəraitində dənli bitkilər üçün səmərəli gübrə normalarının müəyyənləşdirilməsi və fermer təsərrüfatlarına tövsiyə edilməsi”. və b.müxtəlif mövzularda məruzələrlə çıxş ediblər. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb,suallar cavablandırılıb. Daha sonra AMEA Torpaqşünaslıq və Aqrokima İnstitutun Gənc Alim və Mütəxxəsislər Şurası ilə AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxxəsislər Şurası, AR Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutut arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.Tədbirin sonunda iştirakçılar sertifikatla təltif ediliblər.