Fotos
Gənc alim İstanbulda beynəlxalq konfransda məruzə edib
Dek 17 , 2019 | 10:59 / Mühüm hadisələr
Oxunma ( 2354 )
17 dekabr tarixindən başlayaraq Türkiyənin İstanbul şəhərində keçirilən “Mexanika mühəndisliyində nailiyyətlər” mövzusunda sayca 5-ci beynəlxalq konfrans öz işini davam etdirir. ABŞ, Kanada, Almaniya, Çin və digər gəlişmiş ölkələrin nüfuzlu alimlərinin qatıldığı ənənəvi elmi tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov da iştirak edir. Bu gün gənc alimin və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu elmi məruzəsi konfransın müvafiq panelində şifahi təqdim edilib. Məruzə tədbir İştirakçıları tərəfindən xeyli maraqla dinlənilərək yüksək qiymətləndirilib. Gənc alim konfransın Elmi-təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunub.
Mexanika sahəsində tədqiqatlar aparan çoxsaylı alimlərin məruzəsi ilə davam edən tədbirə 19 dekabr tarixində yekun vurulacaqdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.