Fotos
Akademik Vaqif Fərzəliyevə "Kimyaçı gənclərin dostu" diplomu təqdim olunub
Dek 19 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1578 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Kimyaçı gənclərin dostu” diplomunun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, dosent Famin Salmanov akademiyada gənclərin elmə cəlb olunması, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində müxtəlif həvəsləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. O bildirib ki, bu prosesə ayrı-ayrı institut rəhbərləri, akademiklər daha çox diqqət yönəldir.

Famin Salmanov diqqətə çatdırıb ki, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev gənc alim və mütəxəssisləri daim diqqətdə saxlayır, onların təkcə elmi fəaliyyətləri ilə bağlı deyil, həm də sosial vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələləri gündəmə gətirir, belə problemlərin həllinə çalışır.

O bildirib ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası gənclərin elmə cəlb olunmasında böyük əmək sərf edən alimləri diqqətdən kənarda saxlamır, dəyərli şəxsiyyətləri gənc alimlərimizin dostu elan edir. Bu il kimya institutlarında olan gənc alim və mütəxəssislər arasında aparılan sorğu əsasında hörmətli Vaqif müəllim “Gənc kimyaçıların dostu” diplomuna layiq görülüb.

Şura sədri 80 yaşı tamam olan, Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilən Vaqif Fərzəliyevi həm də “Kimyaçı gənclərin dostu” diplomuna layiq görülməsi münasibətilə gənc alimlər adından təbrik edərək, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Sevil Maşayeva, AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev və professor Fikrət Quliyev akademik Vaqif Fərzəliyevin gənc alim və mütəxəssislərinə olan diqqət və qayğısından bəhs ediblər.

Sonda akademikə müvafiq diplom və gül bukletləri təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.