AMEA Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının astroseminarı keçirilib
Dek 20 , 2019 | 11:50 / Mühüm hadisələr
Oxunma ( 1271 )

Dekabrın 19-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri  fizikası  və  maqnetizm" şöbəsinin elmi işçisi Günay Hacıyeva “Rentgen və ultrabənövşəyi şüaların "Qırmızı və mavi ifratnəhənglər, Post-AGB ulduzları” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda ifratnəhəng ulduzlar və onların bəzi spektral xüsusiyyətləri barədə məlumat verib. O qeyd edib ki, ifratnəhənglər üçün maddənin intensiv itgisi (ulduz küləyi) xarakterikdir. Belə ki, dayanıqsız pulsasiya edən şüalanmanın təzyiqi altında, ulduz taclarındakı zərbə dalğaları nəticəsində ulduz küləyi yaranır. Güclü maddə itgisi və ulduzun soyuması isə nəhəng qaz-tozdan ibarət ulduzətrafı örtüyün yaranmasına gətirib çıxarır. Belə qaz-toz dumanlığı ulduzun optik şüalanmasını bəzən tamamilə udur. Belə obyektlər spektrin infraqırmızı diapozonunda şüalanır.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.