Gənc tədqiqatçı Ukrayniyada mikoloji tədqiqat aparıb
Dek 25 , 2019 | 01:05 /
Oxunma ( 3132 )

AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının kiçik elmi işçisi Elgün Mustafabəyli Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunda ezamiyyətdə olub. 

 

E. Mustafabəyli səfər zamanı ukraynalı həmkarların köməyi ilə Azərbaycandan toplanmış çətin identifikasiya olunan göbələk nümunələri üzərində tədqiqatlar aparıb. O, M.G.Xolodnı adına Botanika İnstitutunun zəngin mikoloji kolleksiyasında olan referens nümunələrdən istifadə etməklə yanaşı ukraynalı mütəxəssislərlə papaqlı göbələklərin müasir taksanomiyası üzrə fikir mübadiləsi aparıb. Həmçinin, əldə olunacaq nəticələrin gələcəkdə birgə çap edilməsinin  mümkünlüyü müzakirə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.