Fotos
“Qədim şəhərin müasir çaları ol!” müsabiqəsinə yekun vurulub
Dek 25 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1262 )

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə keçirilən “Qədim şəhərin müasir çaları ol!” təsviri və tətbiqi incəsənət müsabiqəsinə yekun vurulub.

Müsabiqə AMEA-nın Gənc Alim və Mütəxəssislər ŞurasıMemarlıq və İncəsənət İnstitutu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin tərəfdaşlığı və dəstəyi ilə baş tutub.

Tədbiri muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova açaraq müsabiqənin təqdimatının bu ilin fevral ayında baş tutduğunu xatırladıb, göstərdiyi dəstəyə görə MATM-in direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova müsabiqənin əhəmiyyətindən danışıb.

Mərasimdə, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin SalmanovArxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və digərləri çıxış edərək layihənin gənclərin inkişafındakı rolundan və həyata keçirilən praktiki təlimlərdən bəhs ediblər.

Daha sonra səsvermənin nəticəsinə əsasən müsabiqədə qalib gələn 10 iştirakçının adı açıqlanıb və ilk üç yerin sahibi akademik Nərgiz Axundova tərəfindən təltif olunub.

Qeyd edək ki, tədbir çərçivəsində müsabiqə iştirakçılarının rəsm əsərləri də sərgilənib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.