Dek 26 , 2019 | 07:00 / Mühüm hadisələr
Son 10 ildə respublikamızda informasiya və rabitə texnologiyalarının geniş tətbiqi müxtəlif istiqamətli fəaliyyətin səmərəliliyinin və operativliyinin yüksəldilməsi informasiya əlçatanlığının asanlaşdırılması ilə yanaşı idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə imkan verir. Məhz bu səbəbdəndir ki, cəmiyyətdə elmi biliklərin təbliği və bu sahədə zəruri informasiya ilə təminatı üçün imkan yaradan elektron resursların dinamik inkişafı ilə bağlıdır.
Bütün dövrlərdə olduğu kimi hazırki dövrdə də elmin populyarlaşdırılmasını yüksək səviyyədə təşkil etmək, Azərbaycan elmində baş verən yeniliklərin və əldə olunmuş nəticələrin təbliği AMEA-nın fəaliyyətinin prioritet istiqamətlərdəndir.
Bu baxımdan AMEA Botanika İnstitutunda 2010-cu ildən başlayaraq hər il iki dildə (Azərbaycan və İngilis) çap olunan “Botanika dünyası” adlı məlumat bülleteni öz dəyərli töhfələrini verir. Növbəti 16-cı sayı onlayın işıq üzü görmüş bülleten Botanika İnstitutunun 2019-cu ildəki elmi fəaliyyətinə həsr olunub. Elmi-populyar üslubda hazırlanan bülletendə, cari ildə İnstitutda aparılan elmi-tədqiqatlar və əldə olunmuş nəticələr, yubiley tədbirləri, alimlərimizin xarici işgüzar səfərləri, institutu ziyarət edən xarici qonaqlar, beynəlxalq elmi seminarlar, elm-təhsil sahəsində əldə olunmuş nəticələrlə ictimaiyyəti tanış etmək, gənc kadrların hazırlığı, müştərək ekspedisiyalar haqqında məlumatlar öz əksini tapmışdır. Bülletenin elektron onlayn variantı ilə www.botany.az (https://botany.az/uploads/bulleten/doc/B%C3%BClleten_1-2,_20191577253967.pdf) saytına daxil olmaqla əldə etmək mümkündür.