AMEA Aşqarlar Kimyası İnstitutunun gənc kimyaçı mütəxəssisinə fəlsəfə doktoru diplomu təqdim olunub
Dek 29 , 2019 | 09:30 /
Oxunma ( 1647 )

AR Prezidenti yanıda Ali Attestasiya Komissiyasının 27 noyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun elmi işçisi Səbiyə Fərhad qızı Osmanovaya 2306.01 - Üzvi kimya ixtisasında Kimya elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 29 dekabr tarixində kimyaçı xanım tədqiqatçı Attestasiya Komissiyasına dəvət olunaraq ona müvafiq diplom təqdim olunmuşdur. 

Məlumat üçün qeyd edək ki, S.Osmanova Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasında "Asetofenonun kükürd- və azotsaxlayan yeni törəmələri (sintezi, xassələri və tətbiqi) mövzusunda müdafiə etmişdir. O, elmi və ictimai fəaliyyəti ilə seçilən gənc mütəxəssislərdən olmuş, xaricdə təcrübəkeçmədə (Almaniya), elmi konfrans və simpiziumlarda (Rusiya, Türkiyə) iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir.

S.Osmanova elmdə fərqləndiyinə görə "Gənclər üçün akademik Əli Quliyev" adlı mükafatına layiq görülmüş, müxtəlif elmi müsabiqlərdə qalib olmuş, I dərəcəli diplomla təltif edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.