Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-da baş verəcək
Yan 07 , 2020 | 03:46 / Mühüm hadisələr
Oxunma ( 1274 )

2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.