Yan 07 , 2020 | 03:47 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I və II kurs magistrantlarının qış imtahan sessiyasına başlanılıb çatıb. İnstitutun Təhsil Şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Raya Nəcəfovanın verdiyi məlumata görə, sessiya müddətində İnstitutda təhsil alan 4 magistrantın birinci və üçüncü yarım ildə tədris olunan ixtisas və qeyri-ixtisas fənlər əsasında yekun biliyi qiymətləndiriləcək. Bu gün təşkil olunan ilk imtahan günüdə I kurs magistrantlar “Dərinləşdirilmiş üzvi kimya”, II kurs magistrantlar isə “Aşqarlar kimyası” fənnlərindən imtahan veriblər. Onlar 2 saat müddətində 5 sualı yazılı cavablandırıblar.
Şöbə müdiri qeyd edib ki, qış imtahan sesiyası yanvar ayının sonuna qədər davam edəcək.