Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib
Yan 17 , 2020 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 1564 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə İnstitutda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü  ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. O, çıxışında bildirib ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. Ə.Quliyev  Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyi qeyd edib.

 İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.ü.e.f.d.Məmməd Məmmədov 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr  xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. M.Məmmədov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışıb. O, bildirib ki, xalqımız bu məkirli siyasətin nəticəsində minlərlə qeyrətli oğullarını itirib. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

          İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Fərid Mustafayev qeyd edib ki,   20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə  acı ilə xatırlanacaq gün deyil həm də , millətimizin  qəhrəmanlığını  nümayiş etdirməyi bacardığı gündür.F.Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev bu  faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 13 dekabr 2019-cu ildə sərəncam imzalamışdır.Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilməsi qeyd edilir.F.Mustafayev bu sərəncamın 20 yanvar faicəsi bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdırılmasında böyük rol oynayacağına inandığını qeyd edib.

Həmçinin tədbirdə a.e.ü.e.d. Mustafa Mustafayev, a.e.ü.e.d.Vilayət Həsənov, a.e.ü.f.d. Əli Cəfərov, a.e.ü.f.d.Niyazi Süleymanov çıxış edib. Tədbirin sonunda 20 Yanvar şəhidlərinin   xatirəsinə həsr edilən video rolik nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.