Gənc geoloq alimlərin növbəti elmi məqaləsi neft geokimyası sahəsində dünyanın ən reytinqli jurnalında nəşr edilib
Yan 27 , 2020 | 11:00 / Elmi nəşrlər
Oxunma ( 2407 )

AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, həmin İnstitutda magistr dissertasiya işini yerinə yetirən Aygün Bayramova və Fransa Azərbaycan Universitetinin əməkdaşı, Yer elmləri üzrə fəlsəfə doktoru Elşən Abdullayevin elmi məqaləsi neft geokimyası sahəsində dünyanın ən reytinqli jurnalı sayılan “Chemical Geology” dərgisində nəşr edilib. Beşillik impakt faktoru 4.169 olan jurnal Q1 kateqoriyalıdır.

New insights into fluid-rock interaction mechanisms at mud volcanoes: Implications for fluid origin and mud provenance at Bahar and Zenbil (Azerbaijan)” adlı məqalə respublikanın quru və dəniz sahəsində yerləşən Bahar və Zənbil adasının timsalında vulkanlar tərəfindən xaric edilən flüidlərin və palçığın mənbəyi, genezisi, o cümlədən flüid-suxurun qarşılıqlı əlaqəsinə dair alınan yeni elmi nəticələrin müzakirəsinə həsr olunur. Avstriyanın Texnologiya üzrə Graz Universitetinin alimlərilə birgə aparılan tədqiqatlar BDU-nun “Geologiya” fakültəsinin II kurs magistri Aygün Bayramovanın dissertasiya işinin mövzusu ilə əlaqədardır.  

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.