AMEA-nın gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təqaüdünü qazanıb
Yan 28 , 2020 | 05:43 /
Oxunma ( 1146 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin mühəndisi Fuad Əliyev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) ezamiyyətdə olub. Gənc alim Azərbaycan Milli Elmlər Akademiyası ilə BNTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tədqiqatlar aparıb. O, tədqiqatlar zamanı Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən geoloji çıxışlardan götürülmüş çökmə süxurlarının element tərkibini neytron-aktivləşmə analizi vasitəsi ilə təyin edib.

Əldə olunan nəticələr BNTİ-nin İ.M.Frank adına Neytron fizikası laboratoriyasında gənc alim və mütəxəssislər arasında keçirilən İ.M.Frank adına təqaüd müsabiqəsinə təqdim olunub.

Müsabiqənin yekun nəticələrinə əsasən F.Əliyevin araşdırması birinci yerə layiq görülüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.