Fotos
Gənc aliminin yeni ixtirası ABŞ-da patent alıb
Yan 27 , 2020 | 05:46 / Elmi müsabiqələr
Oxunma ( 1979 )

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri  kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayevin ixtirası Amerika Birləşmiş Ştatlarında (ABŞ) patent alıb. Alimin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına 9 yanvar 2020-ci il tarixində ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi tərəfindən US 2020/0010964A1 nömrəli patent verilib.

Yeni ixtira karbon dioksidin elektrokimyəvi reduksiyasından bəhs edir. Karbon dioksidin tutulması və utilizasiyası ətraf mühit problemlərinin həlli ilə yanaşı, neft-kimya məhsullarının yeni üsulla alınmasına da imkan verir.

Qeyd edək ki, son zamanlar atmosferdə karbon dioksidin miqdarının artması bir sıra problemlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Bunun qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrində dövlət proqramları həyata keçirilir.

Məlumat üçün bildirək ki, Y.Abdullayev eyni zamanda AMEA Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisidir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.