Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
Yan 31 , 2020 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1571 )

AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. O, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev gəncləri respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya layiq olmağa çağırıb. Gənclərin ölkənin  inkişafında böyük rol oynadıqlarını söyləyən Ə.Quliyev onlara hər zaman dəstək olduğunu bildirib. Tədbirdə  Şuranın idarə heyətini üzvü Aygün Əhmədova İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə illik hesabatı da təqdim edib.Sonda  İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Aytac Dadaşova, Aygün Əhmədova, Günel Məmmədova,Vüsalə İsakova  institutun elmi-ictimai fəaliyyətində fərqləndiklərinə görə təşəkkürnamə ilə təltif edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.