AMEA İdarəetmə Sistemləri İnstitutunda 2 fevral Gənclər Günü qeyd edilib
Yan 31 , 2020 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 1623 )

31 yanvar 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurası, eləcə də Təhsil  Şöbəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Rəşad Məstəliyev çıxış edərək Gənclər gününün yaranma tarixindən, əhəmiyyətindən danışıb və rəhbərlik etdiyi Şuranın 2019-cu il fəaliyyəti haqqında məlumat verib.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, i.ü.f.d. Aygün Əliyeva əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilən gənclər siyasətindən və bu siyasətin vəzifələrinə uyğun olaraq gənclərin, gənc elm adamlarının inkişafı istiqamətində görülən işlərdən söz salaraq, gənclərin bu siyasəti dəstəklədiklərini vurğulayıb.

İnstitutun gənc alimləri - Nigar Alışzadə və Lamiyə Nəcəfova çıxış edərək, öz elmi uğurlarından ətraflı şəkildə danışmış və bir çox gənclərimiz üçün faydalı olan məlumatları veriblər.

İSİ-nin “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının rəhbəri, AMEA-nın professoru, r.ü.e.d. İlqar Məmmədov da çıxış edərək Gənclər gününün əhəmiyyətindən və özünün bu günlə bağlı iştirak etdiyi tədbirlərdən danışaraq gənclərlə xatirələri ilə bölüşüb.

 İnstitutun elmi katibi Zəhra Əzizova da çıxış edərək gənclərin fəaliyyəti haqqında daha da ətraflı məlumat verib.

Sonda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək, gənclərimizə uğurlar arzulayıb, və  onlara işlərində daha da yüksək səviyyələr əldə etmələri üçün öz tövsiyyələrini səsləndirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.