Fev 04 , 2020 | 03:49 / Görüşlər
04 fevral 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin – doktorant, dissertant, magistrantların iştirakı ilə görüş keçirilib. Tədbirdə çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, dövlətimiz tərəfindən gənclərə böyük diqqət və qayğı göstərir: “Bu diqqət və qayğının bariz nümunəsini elmlə məşğul olan gənclər üzərində də görmək mümkündür. İldə bir dəfə bütün sahələr, o cümlədən elm sahəsi üzrə seçilmiş gənclərə president mükafatı verilir. Gəncləri elmə həvəsləndirmək üçün müxtəlif müsabiqələr keçirilir”.
O, kimyaçı gənc mütəxəssislərin də AMEA-nın elm və ictimai fəaliyyətində xüsusi ilə fərqləndiyini, son illər istər fundamental nəzəri, istərsə də tətbiqi elmi nailiyyətlərin əldə olunmasında gənc alimlərin müəyyən rol oynadığını vurğuladı: “İstedadlı gənc alimlərimizin iştirakı ilə beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparılır, əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda dərc olunur. Həmin nəticələr dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul olunur, o işlərə elmi istinadlar edilir”.
V.Fərzəliyev gənclərin elmi biliklərə yiyələnməkdın ötrü daha çox çalışmasının, onların təşəbbüskar olmasının zəruriliyini diqqətə çatdırdı.
İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev gənclər adından çıxış edərək bildirdi ki, istər respublika, istər Akademiya, istərsə əd İnstitut rəhbərliyi səviyyəsində həmişə gənc alim və mütəxəssislərə diqqət və qayğı göstərilir. Şura sədri dedi ki, Aşqarlar Kimyası İnstitutda gənc alim və mütəxəssislərin elmi səviyyəsinin artırılması, onların elmə həvəslənməsi üçün mühüm işlər görülmüş, müsabiqələr keçirilmişdir.
Onun sözlərinə bu görüşün əsas məqsədi də bir daha gənc mütəxəssislərin üzləşdiyi problemləri dinləmək və həll etməkdir.
Tədbirdə çıxış edən AKİ-nin elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, İnstitut Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov və ayrı ayrı gənclər onları maraqlandıran məsələlər ətrafında fikir və təkliflərini verdilər, sualları cavablandırıldı.
Sonra İnstitut direktoru, akademik Vaqif Fərzəliyev elmi və ictimai fəaliyyəti ilə seçilən gənclərə təşəkkürnamə və pul mükafatını təqdim etdi.