Gənc alim: “Əminəm ki, parlament seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edəcək”
Fev 05 , 2020 | 09:29 / Müsahibələr, çıxışlar
Oxunma ( 1726 )

“Fevralın 9-da keçiriləcək parlament seçkilərinə cəmiyyətdə böyük maraq var. Bunu namizədlərin təbliğat-təşviqat kampaniyalarından da görmək olur. Seçicilər namizədlərlə görüşə gedir, onları dinləyirlər. Əlbəttə ki, bu, seçicilərin öz səs verəcəkləri namizədi seçmək üçün mühüm amildir”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, mexanika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

“İnanıram ki, fevralın 9-da seçicilər dövlətini, xalqını sevən, yüksək peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən namizədlərə səs verəcəklər”, -  deyən E.Bağırov seçkilərə hazırlıq prosesinin şəffaf və ədalətli şəkildə aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, hər bir namizəd üçün bərabər şərait yaradılıb.

Gənc alim deyib: “Əminəm ki, parlament seçkilərinin nəticələri də Azərbaycan xalqının iradəsini ifadə edəcək. Yeni formalaşacaq parlament sürətlə inkişaf edən ölkəmizin daha da güclənməsində mühüm rol oynayacaq”.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.