AMEA Fiziologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə bürünc medala layiq görülüb
Fev 14 , 2020 | 12:24 / Elmi müsabiqələr
Oxunma ( 1845 )

2020-ci il 11-13 fevral tarixlərində  Bakı şəhərində “Sabahın alimləri“ IX Respublika müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksdə təhsil alan 11-ci sinif şagirdləri Əhməd-zadə Murad Samir oğlu və Balıyev Vəli Anar oğlu “Tibb və sağlamlıq” adlı olan müsabiqənin istiqaməti üzrə

“Sinir sisteminin növündən asılı olaraq öyrənmə və yaddaş proseslərinin eksperimental pozğunluqlarının farmakoloji korreksiyası” adlı lahiyə bürünc medal ilə mükafatlanıb. Qaliblər diplom və Amerika Fizioloqlar Assosiasiyasının sertifikatına layiq görülüblər.

Qeyd edək ki, lahiyə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun (direktor-b.e.d., prof. Həşimova U.F.) “Ekotoksokoloqiya“ laboratoriyasının b.e.d., baş elmi işci İsmayılova X.Y. rəhbərliyi altında yerinə yetirilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.