AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Elm Günü”nə həsr olunan konfrans keçiriləcək
Fev 17 , 2020 | 11:51 / Mühüm hadisələr
Oxunma ( 2102 )

Martın 30-da AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

“Elm Günü”nə həsr olunacaq konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini mart ayının 27-dək  təşkilat komitəsinə göndərməlidir.

Tədbir barədə ətraflı məlumatı institutun saytından əldə etmək olar.

Ünvan: AZ1073, Bakı şəh., M.Rahim küçəsi 5

Tel. (+994 55) 882 89 82

E-mail: [email protected]

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.