Fev 17 , 2020 | 05:38 / Mühüm hadisələr
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən formalaşdırılmasına dair iclas keçirilib. İclası ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dos. Xıdır Mikayılov açaraq müəssisədə şuranın yenidən formalaşdırılması zərurətinin yarandığını söyləyib. O, müəssisənin gənc potensialının böyük olduğunu və onların fəaliyyəti üçün bütün imkanların yaradıldığını deyib.
Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə fəlsəfə doktoru, dos. Famin Salmanov ŞAR-ın gənc əməkdaşlarının aktiv fəaliyyət göstərdiyini, Respublika səviyyəli konfrans və müsabiqələrdə yaxından iştirak etdiklərini, xarici ezamiyyətlərə göndərildiklərini, astronomiya elminin məktəblərdə, KIV-də geniş təbliği ilə məşğul olduqlarını xüsusi olaraq qeyd edib. Daha sonra Famin Salmanov Şuranın fəaliyyətindən, gənclərin elmi potensialının artırılmasından, elmin respublika üzrə təbliğindən, gənc alimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. AMEA-da gənc alimlərin inkişafı üçün bütün lazımi şəraitin yaradıldığını bildirən F. Salmanov ŞAR-da Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasını təqdirəlayiq hal adlandırıb.
Daha sonra Famil Mustafa, Əminə Hümbətova, Nərgiz Tağıyeva, Aynurə Məsimova, Arzu Orucova, Zümrud Vidadi qızı, Aynur Abdulkərimova müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü seçiliblər.
Sonda, səsvermə nəticəsində elmi işçi Əminə Hümbətova ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Nərgiz Tağıyeva sədr müavini, elmi işçi Aynurə Məsimova isə şuranın katibi seçiliblər.