AMEA Genetik Ehtiyatlar İnstitutunun alimi İspaniyada ezamiyyətdə olub
Fev 18 , 2020 | 02:18 / Mühüm hadisələr
Oxunma ( 2001 )

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülşən Poladova İspaniyada ezamiyyətdə olmuşlar.

Onlar Sen Lorenso de El Eskorialda yerləşən Mariya Kristina Kral Universiteti mərkəzində keçirilən "Impact Of Chromatin Domains On Plant Phenotypes" adlı konfransda məruzə ilə çıxış etmişlər. Tədbirdə, həmçinin Avropa və Amerikanın aparıcı elmi mərkəzlərindən olan alim və mütəxəssislər iştirak etmişlər.

Konfransda DNT markerlər, yeni nəsil molekulyar-genetik üsulların tətbiqi və istifadəsi barədə geniş məlumatlar əldə edilmiş və müzakirələr aparılmışdır. Sonda İspaniya kralı II Filipin inşa etdirdiyi orta əsr qəsrinə səyahət təşkil edilmiş və iştirakçılar burada olan memarlıq və rəssamlıq sənətinin nadir nümunələri ilə tanış olmuşlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.