AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı gənc alimi Avstriyada beynəlxalq simpoziumda iştirak edib
Fev 21 , 2020 | 11:21 /
Oxunma ( 2178 )

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Məhəmmədrəhim qızı Rüstəmova  11-13 fevral 2020-ci il tarixlərində Avstriya Respublikasının Tulln şəhərində keçirilən Bitki Seleksiyası Cəmiyyətinin “Rəqəmsal Bridinq” mövzusunda  Beynəlxalq  simpoziumda  iştitak edib. S.M. Rüstəmova akademik İradə Hüseynova və Almaniyanın Bonn Universitetinin professoru Ali Ahmad Naz ilə birgə “Quraqlıq stresi şəraitində davamlılığına görə fərqlənən buğda genotiplərinin DREB transkripsiya faktorunun ekspressiya divergensiyası” mövzusunda tədqiqat işini simpoziumda təqdim edib. Bitki Seleksiyası Cəmiyyəti 1991-ci ildə Göttingen şəhərində yaradılıb və hazırda 850-dən çox üzvü var. Hər iki ildən bir cəmiyyət tərəfindən bitki seleksiyasının aktual məsələlərinə həsr olunan elmi simpoziumlar təşkil edilir. Simpoziumların keçirilməsində məqsəd bitki seleksiyasında yenilik axtarışların qlobal bir missiya kimi qiymətləndirilərək beynəlxalq platformada müzakirə etməkdir. Bu dəfəki simpoziumun da əsas mövzusu iqlim dəyişikliyi fonunda planetin qida təhlükəsizliyi probleminin həllində rəqəmsal metodların tətbiqinə həsr olunub. S.M. Rüstəmovanın təqdim etdiyi divar prezentasiyası simpozium iştirakçılarının marağına səbəb olub və  geniş müzakirə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.