Fotos
AMEA-nın akademik-katibi: "Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans intellektual gəncliyin öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi baxımından xüsusi əhəmiyyətə malikdir"
Mart 04 , 2020 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 3409 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfrans intellektual gəncliyin öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi, onların beynəlxalq elmi əməkdaşlıq proseslərində yaxından iştirakı baxımından xüsusi əhəmiyyətə malikdir". Bu fikirləri AMEA-nın akademik-katibi Əminağa Sadıqov martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında sözügedən konfrans barədə məlumat verərkən bildirib. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən, AMEA-da intellektual gəncliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də danışıb. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.