Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Mart 06 , 2020 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2003 )

6 mart 2020-ci il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Giriş sözü ilə çıxış edən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Əlövsət Quliyev rəhbərlik etdiyi elmi müəssisənin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Təbrikə, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, İnstitutun Qadınlar şurasının sədri a.e.ü.f.d Əminə Axundova və b.  qoşuldu. Tədbirdə İnstitutun Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçən Qazaxıstan Respublikası Qorqud Ata adına Qızılorda Dövlət Universitetinin doktorantları da iştirak edib. Daha sonra  Həmkarlar Təşkilatının təşkilatçılığı sədri a.e.d Məmməd Məmmədov qadınları ürək sözləri ilə təbrik edib, hədiyyələrini təqdim etdi. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.