AMEA-nın 75 İLLİYİ MÜNASIBƏTİLƏ GEOLOQ TƏLƏBƏ VƏ MAGİSTRLƏR ARASINDA ÜMUMRESPUBLİKA OLİMPİADASINA START VERİLDİ
Mart 11 , 2020 | 12:51 / Elmi müsabiqələr
Oxunma ( 2835 )

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadası keçirilir.
Final mərhələsi may ayının 27-sində keçiriləcək müsabiqənin məqsədi ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmlə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.
Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiada da iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytından qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcəkdir. Birinci mərhələdə iştirakçılar təqdim ediləcək 2 mövzunun izahlı cavabından ibarət esseni (azərbaycan və ya rus dilində, 4 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi Təşkilat Komitəsinin qiymətləndirməsindən sonra final mərhələyə yüksələn essenin müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı test üsulu ilə cavablandıracaqlar. Ən yüksək bal toplayan tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər. Bundan başqa, finalçılar üçün palçıq vulkanına elmi ekskursiyanın təşkili də nəzərdə tutulur.



Qaliblər üçün mükafat fondu:


I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
III yer – 400 AZN


Müsabiqədə iştirak üçün qeydiyyat mart ayının 10-dan başlanmışdır. Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkdən istifadə etmək olar.

https://sites.google.com/view/olimpiada2020/ana-s%C9%99hif%C9%99

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.