“İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyi yazılacaq
Mart 11 , 2020 | 05:39 / Mühüm hadisələr
Oxunma ( 1281 )

kademiyanın Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər heyətinin qarşısında duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Tədbirdə kitabın baş redaktoru, akademik Ramiz Mehdiyev çıxış edərək qeyd edib ki, çoxcildliyin hazırlanması və nəşri haqqında AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub. Ölkəmizin müstəqillik dövrünün elmi-nəzəri salnaməsi olacaq çoxcildliyin tarixi əhəmiyyətindən danışan alim nəşrin tematik və metodoloji xüsususiyyətlərindən ətraflı bəhs edib.

Kitabda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi hakimiyyətləri dövründə ölkəmizdə baş vermiş ictimai-siyasi proseslər, dövlət quruculuğu məsələləri, daxili və xarici siyasət, elm, təhsil və mədəniyyətin inkişafı və s. kimi prioritet istiqamətlərin yer alacağını deyən akademik Ramiz Mehdiyev əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Akademiya rəhbəri ölkəmizin müstəqillik tarixinin bütün proseslərini əhatə edəcək “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin humanitar və ictimai elmlər sahəsində çalışan alimlərimizin sanballı elmi araşdırmaları əsasında vaxtında və keyfiyyətlə işıq üzü görəcəyinə əminliyini bildirib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxcildliyin yazılıb hazırlanması ilə bağlı qarşıda duran vəzifələr barədə danışıb, nəzərdə tutulan istiqamətlər, hər bir fəsil üzrə işlənəcək mövzular və müəlliflər heyəti haqqında şərhlərini diqqətə çatdırıb.

Müşavirədə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Fəlsəfə İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Əli Həsənov və başqaları çıxış edərək müzakirə olunan mövzu üzrə fikir və mülahizələrini səsləndirib, tapşırılan işləri vaxtında yerinə yetirəcəklərini bildiriblər.

Sonda akademik Ramiz Mehdiyev “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.