AMEA-da doktoranturada təhsil ödənişli əsaslarla da həyata keçiriləcək
Mart 11 , 2020 | 05:41 /
Oxunma ( 1437 )

Bu ildən ilk dəfə olaraq, Azərbaycan Milli Elmlər Akademiyası sistemindəki elmi müəssisələrdə doktoranturada təhsil ödənişli əsaslarla da həyata keçiriləcək.
Bunu AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov deyib.
İndiyədək doktoranturada ödənişli təhsilin olmadığını deyən Ə.Sadıqov bildirib ki, mövcud qanunvericliyə uyğun olaraq, təhsil haqları elmi müəssisələrin özləri tərəfindən müəyyən edilir. Təhsil haqları bu və ya digər ixtisas üzrə aparılan elmi tədqiqat işlərinə sərf olunan xərclər əsasında formalaşır.
Akademik katib qeyd edib ki, Azərbaycan vətəndaşları üçün fəlsəfə doktoru poqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1000 manat müəyyən edilib:
"Yaranan xərclərlə əlaqədar bir necə ixtisas bu məsələdə istisnalıq təşkil edir. Bu, Biologiya və Tibb Elmləri, eyni zamanda Yer Elmləri bölməsi üzrədir. Biologiya, tibb elmləri üzrə illik təhsil haqqı 2000 manat, digər bölmə üzrə 1500 manat müəyyən edilib".
Ə.Sadıqov əlavə edib ki, Azərbaycan vətəndaşları üçün elmlər doktoru poqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1200 manat müəyyən edilib: "İstisnalıq təşkil edən Biologiya elmləri üzrə 3000 manat, tibb elmləri üzrə 2200 manat müəyyənləşdirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru poqramı üzrə doktorantura və dissertantura təhsili üçün orta hesabla 3000 manat, elmlər doktoru proqramı üzrə 4000 manat müəyyən edilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ictimai və humanitar elmlər üçün 2000 manat müəyyən edilib".

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.