AMEA və İtaliya Milli Tədqiqatlar Şurasının təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
Apr 02 , 2020 | 06:00 / Elmi müsabiqələr
Oxunma ( 1388 )

AMEA və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqəyə təqdim olunan 16 layihədən 10-u texniki ekspertizadan uğurla keçib.

AMEA və CNR tərəfindən elmi ekspertizaya göndərilmiş layihələr arasından hər iki tərəfin ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş 4 layihə müsabiqənin qalibi seçilib.

Layihələr müvafiq olaraq AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə İtaliyanın Bitki Genetikası İnstitutu, AMEA-nın Biofizika İnstitutu ilə İtaliyanın Makromalekulyar Tədqiqatlar İnstitutu, AMEA-nın Neft və Qaz İnstitutu ilə İtaliyanın Dəniz Elmləri İnstitutu, eləcə də akademiyanın Coğrafiya İnstitutu ilə İtaliyanın Dəniz Mühəndisliyi İnstitutu arasında icra olunacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.