Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda magistrantlar distant təhsilə cəlb olunub
Apr 04 , 2020 | 01:46 / Mühüm hadisələr
Oxunma ( 3098 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq akademik ƏliQuliyev adına Aşqarlar Kimyası İnstitutunda təhsil alan I və II kurs magistrantlara dərslər və məsləhət saatlarının distant yolla keçirilməsinə başlanılıb. İnstitutun Təhsil Şöbəsindən verilən məlumata görə, 29 mart 2020-ci il tarixdən etibarən həftədə 5 gün bu elmi müəssisənin aparıcı alimləri – k.e.d., professor Sabir Məmmədov, k.e.d., dosent Əfsun Sucayev, k.ü.f.d. Məlahət Abbasova, k.ü.f.d. Vəli Kazımov və k.ü.f.d., dosent Elnarə Həsənova tədris prosesinə cəlb edilmişlər. Onlar tərəfindən “Üzvi kimya” ixtisasında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan "Zərif üzvi sintez II", "Sterokimya" və "Üzvi kimyanın nəzəri əsasları" və s. fənlər üzrə dərslər keçirilir.

İnstitutun II kurs magistrantları isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunmuş, eyni zamanda elmi rəhbərləri tərəfindən dissertasiya işlərinin yazılıb tamamlanması üçün məsləhət saatları təşkil edilmişdir.

Dərslər informasiya texnologiyalar vasitələrindən istifadə etməklə “whatsapp”, “Skype” qruplarla onlayn rejimdə tədris olunur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.