Apr 12 , 2020 | 01:00 / Mühüm hadisələr
11 aprel 2020-ci il tarixdə isə “Dünya və gənclər yeni şəraitdə” onlayn forumunun keçirilib. Zoom platforması üzərindən baş tutan bu əhəmiyyətli tədbirə Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, millət vəkilləri, gənclərlə bağlı QHT nümayəndələri və gənc alim mütəxəssislər qatılıblar.
Forum iştirakçılarını giriş nitqi ilə salamlayan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkə səviyyəsində elan olunan karantin dövründə təmsil olunduğu nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlyan formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların, eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı çıxış edib. Nazir müavini “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası və qarşıda duran perspektiv məsələləri də Forum iştirakçılarının diqqətinə çatdırıb.
Forumda çıxış edən millət vəkilləri, QHT nümayəndələri və gənc ekspertlər öz rəy və təkliflərini səsləndiriblər, fikirlərini bölüşüblər.
Nazirliyin şöbə müdiri İndira Hacıyevanın moderotorluğu ilə gənclərin vətənpərvərlik tərbiyəsi: yeni baxış, yeni üsullar və geri dönən dəyərlər; gənclərlə bağlı yeni cağrışlar hansı normaları zəruri edir?; süni intellekt, 4-cü sənayə inqilabı və gələcək; Dünya iqtisadiyyatı: yeni baxış və gənclərin məğulluğu; gənclər təşkilatlarının fəaliyyəti və yeni yanaşmalar; sosial izolyasiya dövründə gənclərin fəaliyyəti və gənclərin beynəlxalq əməkdaşlığı və yeni imkanlar və sair mövzularda aparılan panel müzakirələrdə müxtəlif gənclər qrupları ilə yanaşı, millət vəkillərinin və əlaqədar dövlət orqanlarının əməkdaşları, eyni zamanda AMEA-nın gənc alim və mütəxəssisləri fəal iştirak ediblər.