Apr 15 , 2020 | 02:32 / Mühüm hadisələr
15 aprel 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” adlı ilk onlayn görüş keçirilib.
38 nəfər fəal gənc iştirak etdiyi görüşdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev,Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, rayon ərazisində fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, müavinləri və fəal gənclər onlayn iştirak ediblər. Görüşdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına və karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi dair məsələlər müzakirə edilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.