AMEA-da laboratoriya dərsləri tədris ilinin sonunda keçiləcək
Apr 22 , 2020 | 06:18 /
Oxunma ( 1695 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyada tədris onlayn şəkildə təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədrisin yüksək səviyyədə təşkil olunmasına baxmayaraq bir sıra dərslərin distant yolla keçirilməsi o qədər də əlverişli deyil. Laboratoriya dərslərinin yüksək səviyyədə tədrisi magistrantlar üçün xüsusi önəm daşıyır. Tədris planında nəzərdə tutulan laboratoriya dərslərinin həyata keçirilməsi üçün müvafiq laboratoriya şəraitinin olması vacibdir. Bunu nəzərə alaraq, laboratoriya dərsləri tədris ilinin sonunda keçiləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.