AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc alim və mütəxəssislərinin onlayn iclası keçirilmişdir
May 09 , 2020 | 09:36 / Mühüm hadisələr
Oxunma ( 2689 )

8 may tarixində tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənv Alim və Mütəxəssislər Şurasınının (GAMŞ) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş “İKT vasitələrindən istifadə edərək Pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclası keçirilmişdir.

İclası AMEA İSİ GAMŞ sədri r.ü.f.d. Rəşad Məstəliyev  açıq elan edərək AMEA İSİ gəng alimlərinin pandemiya dövründə yerinə yetirdikləri işlərdən danışmışdır. R. Məstəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində ölkədə  gənclərin təhsil almasına və inkişafına dair hər cür şəraitin yaradıldığından söz açmış və gənclərə bu fürsətlərdən yetərincə yararlanmağı tövsiyyə etmiş  və onlara elmi işlərində uğurlar arzu etmişdir.

Sonra İSİ GAMŞ sədr müavini, i.ü.f.d. Aygün Əliyeva çıxış edərək informasiya təhlükəsizliyindən, pandemiya dövründə informasiya mühitində yanlış və neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasından, neqativ informasiyaların yarada biləcəyi çətinliklərdən və bu hallardan qorunmaq üsullarından danışmışdır.  

İSİ GAMŞ sədr müavini, kiçik elmi işçi Lamiyə Nəcəfova karantin dövründə tədris prosesində tətbiq olunan informasiya kommunikasiya texnologiyaları və distant təhsildən danışmışdır. Həmçinin distant təhsildə istifadə edilən yeni proqram və vasitələrin müəllim və tələbələr üçün əvəzolunmaz rolunu qeyd etmişdir.

İnstitutun elmi işçiləri Sevinc Babayeva karantin dövründə İnstitutun Xarici əlaqələr şöbəsi tərəfindən yerinə yetirilən işlər və üzərində çalışdığı dissertasiya işi, Valeriya Puşnova yeni çapdan çıxmış “Distant təhsil” mövzusunda olan məqaləsi, Ləman Məmmədova 3.5 saylı laboratoriyada görülən işlər və Ukraynada keçirilən beynəlxalq konfransa iştirakla bağlı və çap olunan tezislər ətrafında çıxışlar etmişdirlər.

Sonda gənclər iclasda səsləndirilən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.