Maria Sklodovskaya-Küri Təqaüd Proqramı üzrə vebinar keçiriləcək
May 13 , 2020 | 10:05 / Elmi müsabiqələr
Oxunma ( 1422 )

18 may 2020-ci il tarixində saat 14:00-da Avropa Komissiyasının "Horizon 2020" proqramı çərçivəsində Maria Sklodovskaya-Küri Təqaüd Proqramı üzrə vebinar keçiriləcək.

Vebinar Maria Sklodovskaya-Küri Təqaüd Proqramı üzrə milli əlaqələndirici şəxs, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən "AMEA Beynəlxalq Əməkdaşlıq" Facebook səhifəsi üzərindən həyata keçiriləcək və proqram üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək.

İştirak etmək istəyənlər 16 may 2020-ci il saat 23:00-a qədər qeydiyyatdan keçməlidirlər. Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46; (+994 50) 988 42 39; (+994 50) 350 14 25.

Email: zaurmail@gmail.comkhasayeva.ayten@gmail.com

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.