AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri təsdiqlənib
May 10 , 2020 | 10:36 / Mühüm hadisələr
Oxunma ( 1751 )

AMEA-nın doktorantura və dissertanturasına qəbul müvafiq qanunvericiliyə uyğun olaraq, uğurla başa çatdırılıb, doktorant və dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin mayın 8-də keçirilmiş iclasında bildirilib.

Müzakirələrdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara müvafiq tapşırıqlar verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.