May 14 , 2020 | 09:41 / Elmi müsabiqələr
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, müəssisənin Biotexnologiya şöbəsinin kiçik elmi işçisi Aytac Nəbiyeva Böyük Britaniyanın Birminhem Universitetinin “İnsan genetikası” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub.
A.Nəbiyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.
Qeyd edək ki, Birminhem Universiteti dünyanın ən nüfuzlu 100, İngiltərənin isə 15 ən aparıcı ali təhsil müəssisəsi sırasında yer alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.