AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib
May 18 , 2020 | 01:27 / Mühüm hadisələr
Oxunma ( 3013 )

1977-ci ildən bəri hər il may ayının 18-i “Beynəlxalq muzey günü” kimi qeyd olunur. Hər bir ölkədə olduğu kimi Azərbaycan Respublikasında da bu gün çərçivəsində müxtəlif tədbirlər keçirilir. Bununla əlaqədar olaraq AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də hər il həmin günü “Açıq qapı” günü olaraq elan edir, paytaxt sakinləri və şəhərimizin qonaqlarına muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz yaxından tanış olmaq imkanı verirlir. Həmin gün Muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsini və qədim tarixini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilir, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış olurlar. Məlum olduğu üzrə, COVİD – 19 virusunun yayılması səbəbindən digər müəssisələr kimi  Muzeyimizin ekspozisiyası da ziyarətçilərin üzünə bağlı olduğu üçün bu il  “Açıq qapı” gününün elan olunması da təxirə salınmışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, 2020-ci il 14 mayda həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışından düz 80 il ötür. Bu hər iki əlamətdar hadisəni təntənəli şəkildə qeyd etmək münasibəti ilə Gənc alimlər və Mütəxəsssilər Şurası 17 may 2020-ci ildə "Muzey mədəniyyətimizin və ədəbiyyatımızın təbliğatçısıdır" mövzusunda  videokonfrans təşkil etmişdir. Videokonfransda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının katibi b.ü.f.d. Ulduzə Mehvaliyeva, Muzeyin “İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya” şöbəsinin müdiri, fil.ü.f.d. Nəzmiyyə Yiğitoğlu, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc alim və mütəxəssislər şurasının sədri Dilbər Hüseynova və şuranın digər üzvləri iştirak etmişlər.

Videokonfransın mövzusuna uyğun olaraq Muzeyin Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva “Ədəbiyyatın tədrisində və tanıdılmasında muzeylərin rolu”, kiçik elmi işçi, Gənc alim və mütəxəssislər şurasının sədr müavini Gülsəba Həsənova “Nizami muzeyi – mədəni irsin qorunduğu sərvətlər xəzinəsi” və doktorant Fatimə Süleymanova “Beynəlxalq muzeylər günü Nizami muzeyinin virtual ekspozisiyasında” adlı məruzələri ilə çıxış etmişdirlər.

Çıxışlar zamanı Fatimə Süleymanova “Beynəlxalq muzey günü”nün yaranma tarixi və məqsədi, Azərbaycanda bu günün qeyd olunma formaları, COVİD-19 səbəbi ilə Nizami muzeyinin ekspozisiyasının vitual nümayişindən danışmış, Gülsəba Həsənova Muzeyin yaranma tarixindən, memarlıq xüsusiyyətlərindən, fondları və onun şöbələrindən söhbət açmış, Kəmalə Nuriyeva isə Nizami Muzeyinin timsalında muzeylərin tədrisdə rolunu, ədəbiyyatın öyrənilməsində muzeylərin əhəmiyyətini vurğulamışdır.

Sonda GAMŞ-ın katibi Ulduzə Mehvaliyeva səsləndirilən məruzələrin maraqlı məqamlarına toxunmuş, belə bir konfransın keçirilməsi təşəbbüsünə görə öz məmnuniyyətini ifadə etmiş, fil.ü.f.d. Nəzmiyyə Yiğitoğlu və elmi işçi Natəvan Bağırova muzeylər günü barədə danışmış və videokonfrans barədə təəssüratlarını səsləndirmişdirlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.