Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
İyn 06 , 2020 | 06:57 /
Oxunma ( 1677 )

Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı:
“Ona görə də bu il iyul-avqust aylarında prosesin aparılması – imtahanların elan edilməsi, keçirilməsi nəzərdə tutulurdu. Pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsi məsələsində çətinliklər yaranmasa, qərarımız qüvvədə qalır”.
İ.Həbibbəyli əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib:
“İmtahanlar ötənilki qaydada keçiriləcək. İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfədən imtahan AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.