Fotos
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Cavad Heyətin 95 illiyinə həsr olunmuş videoseminar keçirilib
İyn 08 , 2020 | 03:23 / Mühüm hadisələr
Oxunma ( 2415 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurası nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Bu seminarda il boyu muzey əməkdaşları, o cümlədən Gənc alim və mütəxəssislər şurasının üzvləri müxtəlif mövzularda elmi məruzələrlə çıxış edir və müzakirələr aparırlar. Dünyada pandemiya elan edilən COVID-19 virusunun yayılması səbəbindən Nizami muzeyi də xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir. Araşdırma və tədqiqatlarını evdən davam edən əməkdaşlar ənənəvi elm və bilik mübadiləsi vasitəsinə çevrilmiş elmi seminarın da növbəti toplantısını videogörüş vasitəsilə həyata keçirmişdir. 04 iyun 2020-ci ildə keçirilən “Qələmi və cərrah bıçağı ilə xalqa xidmət edən Cavad Heyət” adlı növbəti videoseminar cərrah alimin 95 illiyinə həsr olunmuşdur.

Muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, Gənc alim və mütəxəxssislər şurasının üzvü Nərmin Əliyeva məruzəsində Cavad Heyətin həyat və yaradıcılığına toxunmuş, onun təsisçisi olduğu jurnallardan, Məhəmməd Hüseynlə olan dostluq əlaqələrindən bəhs etmişdir. Videoseminar Cavad Heyətin şəxsi fotoları, muzeyin ekspozisiyasında ona aid olan guşədən görüntülər, “Varlıq” jurnalının nömrələri, müəllifi olduğu kitabları təqdim edən slaydın nümayişi ilə davam etdirilmişdir.

Videoseminarda Muzeyin İctimaiyyətlə əlaqələr mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yiğitoğlu məruzəçiyə maraqlı çıxışına görə təşəkkürünü bildirmiş, suallarını təqdim etmişdir.

Sonda şura üzvləri məruzəçiyə xoş sözlərini bildirmiş və bu ənənənin davamlı olmasını arzulamışlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.