GEOLOQ TƏLƏBƏ VƏ MAGİSTRLƏR ÜÇÜN KEÇİRİLƏCƏK ÜMUMRESPUBLİKA OLİMPİADASI “ONLİNE” FORMATDA TƏŞKİL OLUNACAQDIR
İyn 12 , 2020 | 04:13 /
Oxunma ( 2987 )

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasında iştirakla bağlı müraciətin vaxtı pandemiya ilə əlaqədar olaraq 01 iyul tarixindək uzadılmışdır. Müsabiqənin Elmi Təşkilat Kommitəsinin (ETK) sədr müavini, həmçinin  AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata görə hazırkı pandemiya şəraitində sözügedən olimpiadanın “online” formatında keçirilməsi məsələsi ETK-nin ümumiləşdirilmiş iclasında qərara alınıb. Finalı 15 iyulda “Microsoft Teams” proqram təminatı ilə həyata keçiriləcək olimpiadanın ümumi mükafat fondu 2200 AZN təşkil edir.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkdən istifadə etmək olar.

 

https://sites.google.com/view/olimpiada2020/ana-s%C9%99hif%C9%99

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.