AMEA gənc alim və mütəxəssislərinin onlayn elmi konfransı keçiriləcək
İyn 13 , 2020 | 10:06 / Mühüm hadisələr
Oxunma ( 3147 )

15 iyun 2020-ci il tarixdə AMEA Gənc Alim və Mütəxəssislər Şurası Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatı ilə birlkdə elmi konfrans təşkil edəcək. "Covid-19" pandemiyası ilə əlaqədar ölkədə həyata keçirilən karantin rejiminə görə onlayn formada keçiriləcək tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmaqla "Azərbaycan xalqının milli qurtuluş günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda baş tutacaq. "Zoom" platforması üzərindən həyata keçiriləcək konfransın işinə maraqlanan bütün gənc alim və mütəxəssislər qatıla bilər.

AMEA GƏNC ALİM və Mütəxəssislər Şurası & Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatı на inviting you to a scheduled Zoom meeting.

Join Zoom Meeting
https://us04web.zoom.us/j/73817636753?pwd=OCt6Y3M2UmZsZDR6TVZmdEh2YzFwQT09

Meeting ID: 738 1763 6753
Password: 150620

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.