Fotos
"Azərbaycan xalqının milli qurtuluş günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn konfrans keçirilib
İyn 15 , 2020 | 03:41 / Mühüm hadisələr
Oxunma ( 2863 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatı ilə birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan elmi konfrans keçirilib. "Covid-19" pandemiyası ilə əlaqədar ölkədə həyata keçirilən karantin rejiminə görə "Zoom" platforması üzərindən təşkil olunan onlayn konfrans "Azərbaycan xalqının milli qurtuluş günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda ərsəyə gəlib.

Açılış nitqi ilə çıxış edən Şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov qeyd edib ki, 1993-cü ildə ölkəmiz parçalanaraq bir dövlət kimi məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda xalqı bu bəlalardan xilas edən lider məhz Heydər Əliyev olub: "Ulu öndər məhz, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaranmış hərc-mərcliyin, vətəndaş müharibəsinin və torpaqlarımızın erməni vandalizmi tərəfindən işğalının qarşısı qətiyyətlə alındı. Eyni zamanda ordu quruculuğu sahəsində islahatlar həyata keçirilərək mükəmməl ordu yaradıldı. Dahi şəxsiyyətin siyasi iradəsinin nəticəsi olaraq qısa müddət ərzində atəşkəs elan olundu, ölkədə sosial və iqtisadi infrastruktur layihələrinin icrasına başlanıldı".

Şura rəhbəri diqqətə çatdırıb ki, "Əsrin müqaviləsi”nin bağlanması ilə bütün inkişaf etmiş dövlətlərin marağı Azərbaycana yönəldi: “Dahi lider Azərbaycançılıq ideologiyası əsasında dövlətimizi bütöv bir respublika halında birləşdirdi”.

F.Salmanov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində bir çox uğurlu islahatlar həyata keçirilmiş, inkişaf etmiş ölkələrin təcrübələri öyrənilmiş və azərbaycanlı gənclər dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bununla yanaşı təhsil sahəsində bir çox dövlət proqramları təsdiq olunaraq icra olunub.

AMEA rəsmisi deyib ki, Heydər Əliyevin Azərbaycanda elmin inkişafında əvəzolunmaz xidmətləri olub: "Bu gün Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətini davam etdirirsə ulu öndərə borcluyuq”. O dedi ki, böyük şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarını bir araya gətirərək ölkəmizin üzləşdiyi problemləri ümummilli problemlər kimi birgə həll etməyə nail oldu".

F.Salmanov hazırda onun siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

O hazırda koronavirus pandemiyasının bütün dünyanı sınaq qarşısında qoyduğunu, bu sınaqdan ölkəmizin üzüağ, qalib çıxması üçün bütöv bir xalq olaraq həmrəylik nümayiş etdirməli, cənab prezidentin ətrafında sıx birləşməli, verilən tapşırıq və tövsiyələri qeyd-şərtsiz yerinə yetirməliyik.

Tədbirdə AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib və ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, xilaskarın xüsusən, gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətini xüsusi qeyd edib. Bildirib ki, məhz həmin uzaqgörən siyasət nəticəsində cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısı alınıb, kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqlar təmin edilib: “Bu gün Azərbaycan qadınlarının ictimai-siyasi, mədəni həyatda rəhbər vəzifələrə təyin edilmək imkanları genişləndirilib, onların elmi-tədqiqat və təşkilati işlərə daha geniş cəlb olunması öz sanballı nəticələrini verib. Elmdə artıq qadın hərəkatı formalaşıb. Bütövlükdə akademiyada çalışanların 60 faizdən çoxu qadınlardır”.

 Sonra Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Mehvaliyeva, YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, dosent Ziba Ağayeva, akademik A.İ.Qarayev adina Fiziologiya İnsitutunun ümumi işlər üzrə direktor müavini Konul İbrahimova və Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək bu tarixi günün əhəmiyyətindən, ulu öndərin xidmətlərindən danışdılar, fikirlərini bölüşdülər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.