Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu alimlərinin növbəti beynəlxalq səviyyəli məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
İyn 15 , 2020 | 04:57 / Elmi nəşrlər
Oxunma ( 1600 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri – elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, kimya elmləri doktoru Sabirə Sərdarova, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova və II kurs magistrant Nərgiz Məcdinin türk həmkarları ilə birgə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində əldə etdikləri mühüm nəticələrlə bağlı məqalə beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “Archiv der Pharmazie” xarici jurnalında (Parham Taslimi,  Afsun Sujayev,  Muhammet Karaman,  Nastaran Sadeghian,  Sabiya Osmanova,  Sabira Sardarova,  Nargiz Majdi,  Handan U. Ozel,  İlhami Gulcin, N‐Substituted pyrimidinethione and acetophenone derivatives as a new therapeutic approach in diabetes, Archiv der Pharmazie, 2020, 6, https://doi.org/10.1002/ardp.202000075) dərc olunub.

Məqalə tərkibində azot-, kükürd saxlayan yeni birləşmələrin sintezi, “molekulyar dokinq” yolu ilə diabet əleyhinə fizioloji fəallığının öyrənilməsində yeni yanaşmalara həsr olunumuşdur.

“Web of Science” və “Scopus” bazasına daxil olan dünyaca məşhur “Wiley” nəşriyatının nüfuzlu jurnallarından biri hesab olunan“Archiv der Pharmazie”nin impakt faktoru 2.145-dir. Biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış bu jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.